BDU-nun müəllimi vəfat etdi - FOTO

BDU-nun müəllimi vəfat etdi - FOTO
SOSİAL
09:31 07.08.2021
395
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Humanitar fakültələr üzrə rus dili kafedrasının baş müəllimi Qızılgül Ağami qızı Əhmədova vəfat edib.

Bu barədə universitetin rəsmi "Facebook” səhifəsi xəbər yayıb.

Bildirilib ki, o, 79 yaşında dünyasını dəyişib.

Qızılgül Əhmədova 1961-1969-cu illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. 1969-cu ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 1984-cü ildən BDU-nun Humanitar fakültələr üzrə rus dili kafedrasının baş müəllimi idi.
 

 


OXŞAR XƏBƏRLƏR