BDU-nun qarşısı niyə "keçilməz" qalaya çevrilir?

MARAQLI
11:11 22.05.2011
1935

Hazırda həmin ərazidə problem yaxşıya doğru getmir. Bakı Dövlət Universitetinin (BDU) həmin ərazidə yerləşməsi və tələbələrin avtomobillərini yolun hər iki kənarında saxlaması 3 hərəkət zolağı olan yolun ikisini tamamilə bağlayır və orada “keçilməz” sahələr yaranır. Bu proses hər dərs günü səhər saat 8-dən axşam saatlarınadək davam edir. Hər gün bu yolla işləməli olan avtobusların hərəkəti isə tamamilə mümkün olmur.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, tıxac məsələsində günahı yol polisində axtarmaq düzgün deyil. Şöbə rəisinin sözlərinə görə, BDU qarşısındakı yaranan mənzərə ilə tanışdır: “Həmin ərazidə ötən il 120 sürücü barəsində cəza tədbiri görülüb. Orada avtomobil saxlamaq üçün müvafiq dayanacaq ayrılmadığından belə hallar yaranır. Gərək, həmin universitetin həyətində avtomobilərin dayanması üçün xüsusi yerlər ayrılsın. Digər bir tərəfdən sürücü bilməlidir ki, sarı xətt olan yerdə avtomobil saxlamaq olmaz”.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimovanın Milli.Az xəbər portalına verdiyi məlumata görə isə, təhsil ocağının öz işçilərinin avtomobillərini rahat saxlaması üçün şərait yaradılıb. Universitetin həyətəndə dayanacaq var və işçilər həmin dayanacaqdan istifadə edirlər. Dayanacaqdan istifadə etmək üçün univeristetin işçiləri müvafiq şöbələrə avtomobilin ona məxsus olması barədə ərizə yazır və həmin əraziyə daxil olaraq maşınlarını rahat saxlaya bilir. Tələbələrin avtomobilləriin saxlanmasına gəlincə, P.İbrahimova qeyd etdi ki, dayanacaq o qədər də böyük deyil: “Tələbələrin maşınla gəlməsinə nə deyə bilərik ki? Onlara deyə bilmərik ki, universitetə avtomobillə gəlməyin”.

/// milli.az

OXŞAR XƏBƏRLƏR