Bədbəxt hadisə: Üç yaşlı uşaq qardaşını öldürdü

Bədbəxt hadisə: Üç yaşlı uşaq qardaşını öldürdü
DÜNYA
07:00 21.11.2023
244
3 yaşlı uşaq anasının çantasından tapança taparaq 2 yaşlı qardaşını öldürüb.

AZXEBER.COM xarici mediaya istonadən xəbər verir ki, hadisə ABŞ-nin İndiana ştatında baş verib.

Baş verən hadisədə ana polisə zəng edərək oğlunun kiçik qardaşını güllələdiyini bildirib. 

Adı açıqlanmayan ana yaralı uşağını təcili xəstəxanaya çatdırsa da, edilən müdaxilələr iki yaşlı körpəni xilas etmək üçün kifayət etməyib. 

Məhkəmə tibb ekspertizası hadisənin bədbəxt hadisə olduğunu müəyyən edib. Digər tərəfdən, prokurorluq araşdırmaların davam etdiyini bildirib. 

Uşaqların anasına qarşı heç bir ittiham irəli sürülməyib.

Ayşən
OXŞAR XƏBƏRLƏR