Bədii gimnastika üzrə 2027-ci il dünya çempionatı Bakıda keçiriləcək

İDMAN
15:16 15.05.2023
238
2027-ci ildə bədii gimnastika üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək.

Azərbaycan Gimnastika Federasiyasından AZXEBER.COM-a verilən məlumata görə, qərar Beynəlxalq Gimnastika Federasiyasının Şurasının Türkiyənin Antalya şəhərində baş tutan iclasında səsvermə yolu ilə qəbul edilib.

Yarış 15-19 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.

Qeyd edək ki, yarışı təşkil etmək üçün Azərbaycanla yanaşı İsrail də namizədliyini irəli sürmüşdü. Bu, Azərbaycanın bədii gimnastika üzrə təşkil edəcəyi 3-cü dünya çempionatı olacaq. Xatırladaq ki, Bakı 2005 və 2019-cu illərdə də mundiallara ev sahibliyi edib.
OXŞAR XƏBƏRLƏR