Bu ölkədə meymunçiçəyinə beş yeni yoluxma aşkarlandı

Bu ölkədə meymunçiçəyinə beş yeni yoluxma aşkarlandı
DÜNYA
22:18 07.06.2022
455
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Səhiyyə və Profilaktika Nazirliyi meymunçiçəyinə beş yeni yoluxma hadisəsi qeydə alıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə BƏƏ xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, dövlət xəstəxanalarında müalicə alan iki xəstə tam sağalıb.

Mayın 24-də BƏƏ virus haqqında məlumat verən ilk ərəb dövləti olub. Mayın 29-da BƏƏ Səhiyyə Nazirliyi daha üç, iyunun 1-də isə daha dörd yeni yoluxma halı qeydə alıb.
OXŞAR XƏBƏRLƏR