BƏƏ İranla hava əlaqəsini dayandırdı

BƏƏ İranla hava əlaqəsini dayandırdı
DÜNYA
02:32 25.09.2026
146
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mülki Aviasiya Baş İdarəsi sentyabrın 24-dən xüsusi sərəncam verilənədək İranla hava əlaqəsinin dayandırıldığını elan edib.

AZXEBER.COM bu barədə "UAE Barq" informasiya agentliyinə istinadən xəbər verir.

Qərar ABŞ tərəfindən İran aviaşirkətlərinin beynəlxalq uçuşlar həyata keçirməsinə qoyulan qadağa ilə əlaqədar qəbul edilib. Bundan sonra bir neçə ölkə İranla hava əlaqəsini dayandırdığını bəyan edib.

BƏƏ hakimiyyətinin rəsmi bəyanatından əvvəl İran KİV-i Türkiyə, BƏƏ, Avropa və bir sıra ərəb ölkələrinin bir çox aviaşirkətlərinin İrandakı hava limanlarına uçuşları dayandırdığı barədə məlumat yayıb.
OXŞAR XƏBƏRLƏR