Mən bütün tərəfdaşlarımızdan xahiş edirəm: daha sanksiyaların tətbiq edilməməsi üçün bəhanə axtarmağı dayandırın.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb.
O, Avropa ölkələrinə müraciət edərək yalnız sanksiyaların Rusiyanın apardığı müharibəyə son qoya biləcəyini vurğulayıb:
"Bu müharibənin sona çatmasını istəyən hər kəs Rusiya müharibə maşınının dayandırılması üçün zəruri olan addımları atmalıdır. Biz ABŞ-dən güclü addımlar, güclü sanksiya və tarif siyasəti gözləyirik. Elə bir siyasət ki, dünya üçün ciddi arqument olsun".
"Əgər Putin sülh istəmirsə, onu sülhə məcbur etmək lazımdır. Putinin müharibəsi, yalnız o – şəxsən özü – onu davam etdirə bilməyəndə bitəcək", - Zelenski qeyd edib.
/report