Bəhlul yayda Avropa klubuna transfer olunacaq?

İDMAN
09:55 29.02.2024
176
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bəhlul Mustafazadənin Avropa klublarına mümkün transferindən danışıb. 

AZXEBER.COM offsideplus.az-a istinadən bildirir ki, yerli mətbuatda 27 yaşlı müdafiəçinin yayda Avropaya gedəcəyi ilə əlaqədar xəbərlər yayılıb. Q.Qurbanov məsələ ilə bağlı bu sözləri deyib:

"Yazılar yazılır, mənim məlumatım yoxdur. Dəfələrlə demişəm ki, insan öz işini düzgün dəyərləndirməlidir. Gedəndən sonra 1-2 ay partlayış olur, sonra zəifləyirlər. Onların daim oynaması lazımdır. Futbolçular olub ki, "Qarabağ"da çıxış edəndə milli komandanın əsas üzvü idilər, gedəndən sonra 10-15 dəqiqə oynayırlar. Tək oyunçu yox, onun yaxınları da düzgün qərar qəbul etməlidir. Biz özümüz də belə hallara məsuliyyətlə yanaşmalıyıq. Çünki, onlar Azərbaycan futbolunun simalarıdırlar".

OXŞAR XƏBƏRLƏR