Bəhram Bağırzadə Aygün Bəylərin xatirəsinə kitab nəşr etdirəcək
MƏDƏNİYYƏT
16:37 13.01.2024
636
Aktyor, aparıcı və naşir Bəhram Bağırzadə Aygün Bəylərin xatirəsinə kitab nəşr edəcək.
AZXEBER.COM xəbər verir ki, bu haqda Bağırzadə özü məlumat verib.
O, kitabın uşaqlara muğamı sevdirmək və anlatmaq məqsədilə ərsəyə gələcəyini deyib:
"Bəhram əminin komandası yaxın zamanda uşaqlar üçün daha bir "Muğamın tarixi" kitabını nəşr etdirəcək və o, tezliklə Bakının kitab mağazalarında satışa çıxacaq. Bu kitab aramızdan vaxtsız ayrılan Aygün Bəylərin mübarək xatirəsinə həsr olunub... O, möhtəşəm müğənni, istedadlı bəstəkar, musiqiçi və xanəndə idi. Aygün xanım parlaq xarizmaya və qeyri-adi məlahətə malik idi, bunun sayəsində bir çox dinləyicilər onun vurğunu idi. Zaman keçəcək, ağrı keçəcək... Amma xatirə və əbədiyyət musiqisini ifa edən ecazkar, parlaq səs qalacaq" deyə o bildirib.