Bəhram Bağırzadənin anası koronavirusa yoluxdu

Bəhram Bağırzadənin anası koronavirusa yoluxdu
SOSİAL
21:06 28.12.2020
1354
Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadənin anası koronavirusa yoluxub.

AZXEBER.COM xəbər verir ki, bu barədə B.Bağırzadə özü məlumat verib.

Onun sözlərinə görə, anası - 74 yaşlı Tahirə Əfəndiyeva komaya düşüb və hazırda ağır vəziyyətdədir.

Əməkdar artist anasına təcili qan köçürülməsinin lazım olduğunu bildirib.

Xatırladaq ki, bir müddət əvvəl - Əməkdar artist Bəhram Bağırzadənin özü də koronavirusa yoluxmuşdu. Bəhram Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətində olub. Müalicələrdən sonra B.Bağırzadə sağalıb.

OXŞAR XƏBƏRLƏR