Bəhram əsəbiləşdi: "Sanki 30-cu illərdir, donos yazırlar"

Bəhram əsəbiləşdi: "Sanki 30-cu illərdir, donos yazırlar"
MAQAZİN
16:58 27.09.2017
1326
Azərbaycanın tanınmış aktyoru Bəhram Bağırzadə adının Çempionlar Liqasının qrup mərhələsindəki komandaların məşhur fanatları siyahısından çıxarılmasına münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, "Bakılı oğlanlar" ŞHK-nın keçmiş üzvü "Report"a açıqlamasında UEFA-nın bu addımının təsadüfi olmadığını bildirib. B.Bağırzadə onun məşhur fanatlar siyahısına salınmasına etiraz edənləri günahlandırıb: "Kim mənim "Qarabağ" azarkeşi olmadığımı UEFA-ya yazıbsa, Allah canını sağ eləsin. Bu məsələdən o qədər danışdılar ki, axırda adımı da siyahıdan çıxardılar. Başqa cür necə ola bilərdi? Sanki ötən əsrin 30-cu illəridir, donos yazırlar. Bəhramın adının məşhur fanatlar siyahısından çıxarılmasına ən çox sevinənlər ermənilərdir. Onların KVN komandasını 1992-ci ildə məğlub edən "Bakılı oğlanlar"ın üzvünün məşhur fanatlar siyahısından çıxarılmasına gülürlər. Amma bunlar mənim üçün xırda şeylərdir. Sadəcə, adama qəribə gələn odur ki, niyə özümüz belə əməllərə əl atırıq?! Paxıllıq kişilərə yox, qadınlara məxsusdur".

OXŞAR XƏBƏRLƏR