Futbol üzrə Bəhreyn yığmasının baş məşqçisi Piter Teylor Azərbaycan millisinə qarşı keçirəcəkləri yoxlama oyunu üçün heyəti açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıya 21 futbolçu gətirməyə qərar verib.
Baş məşqçinin dəvət göndərdiyi futbolçuların siyahısı aşağıdakı kimidi:
Qapıçılar: Ahmed Abbas, Seyid Məhəmməd Cəfər;Müdafiəçilər: Davud Saad, Məhəmməd Sacal, Abdulla Əl Kaabi, Abdulla Vahab Əli, Abdulla Yusuf, Abdulla Hazza, İbrahim Əli, İbrahim Əl Obaildi;Yarımmüdafiəçilər: Salman İsa, Valid Əl Hayam, Mahmud Əbdülrəhman, Sayed Cia, Fahad Əl Hardan, Məhəmməd Əl Harban, Abdulla Cəlil, İsa Musa;Hücumçular: Məhəmməd Tayev Əl Alavi, Sami Əl Hüseyni, Yasem İbrahim. Qeyd edək ki, Teylor öncədən Bakıya 24 futbolçu gətirməyi planlaşdırıbmış. Amma Hüseyn Baba, Məhəmməd Sayed Adnan və İsmayıl Abdüllətifi klubları yığmaya buraxmayıb. Bəhreyn yığması bu gün Bakıya 20 futbolçu ilə gələcək. İbrahim İbaildi isə komandanın sıralarına qarşıdakı günlərdə qoşulacaq.