Bəhreyn yığması ‘Dalğa Arena’da Azərbaycanla oyundan imtina etdi – ŞOK SƏBƏB

İDMAN
00:39 07.08.2012
2341

Buna səbəb "Dalğa Arena"dakı otun süni olmasıdır.

Avqustun 15-də, saat 21:00-da, AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da Azərbaycan və Bəhreyn milli komandaları arasında yoldaşlıq oyunu keçirilməli idi. 

AZXEBER.COM-un AFFA-ya istinadən verdiyi məlumata görə, Bəhreyn Futbol Federasiyası tərəfindən AFFA-ya ünvanlanmış rəsmi müraciətdə qarşılaşmanın süni deyil, təbii ot örtüklü meydançada keçirilməsi ilə bağlı xahiş öz əksini tapıb.

Həmin müraciət nəzərə alınaraq, Azərbaycan - Bəhreyn oyununun İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilməsi ilə bağlı AFFA tərəfindən qərar qəbul olunub. Oyunun başlanma vaxtı ilə bağlı əlavə məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR