Bəkarət yoxlamasına getməmək üçün analarını öldürdülər

DÜNYA
17:27 08.04.2014
1941
Türkiyədə analarını qətlə yetirən bacıların cinayəti ilə bağlı yeni maraqlı məqam üzə çıxıb.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə keçən il İzmir şəhərinin Aliağa ərazisində qeydə alınıb.
Qeyd edək ki, ərindən boşandıqdan sonra iki qızı ilə birlikdə yaşayan və restoranların birində ofisiantlıq edən Gülsərən Süngünün cəsədi avtobus sürücüsü olan tanışı Ərhan tərəfindən tapılıb.
Dərhal araşdırmalara başlayan polis 39 yaşlı talehsiz qadının doğma qızları – 19 yaşlı Şeyda və 17 yaşlı Beyza tərəfindən öldürüldüyü məlum olub.
Qızlar analarının evə tez-tez kişi gətirdiyini və bu səbəbdən də onu bıçaqlayaraq öldürdüklərini bildiriblər.
Öldürülən qadının vəkili isə cinayətlə bağlı yeni faktı üzə çıxarıb.
Belə ki, məlum olub ki, cinayətin baş verdiyi gün G.Süngü özəl xəstəxanaların birindən böyük qızı Şeydaya bəkarət yoxlaması üçün qəbul vaxtı alıb.
Qatil bacıların da məhz bu səbəblə cinayətə əl atdıqları güman olunur.
OXŞAR XƏBƏRLƏR