Belarus mediası Azərbaycanın COP29-a hazırlıqları barədə məlumatlandırılıb -FOTOLAR

Belarus mediası Azərbaycanın COP29-a hazırlıqları barədə məlumatlandırılıb  -FOTOLAR
SOSİAL
14:06 24.10.2024
248
"İslahatçı Gənclər” İctimai Birliyinin sədri, Editor.az Media Qrupunun rəhbəri Fərid Şahbazlı Belarusun paytaxtı Minskdə səfərdədir. "İslahatçı Gənclər” İctimai birliyinin sədri və heyəti səfər çərçivəsində Belarusda bir sıra mühüm görüşlər keçirilib.

Fərid Şahbazlı "Veçerniy Minsk” Media Qrupunun baş direktoru, Belarus Jurnalistlər Birliyinin sədri Andrey Krivoşeyev və heyəti ilə görüşüb. Görüşdə Belarus və Azərbaycan mediası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Qeyd olunub ki, iki ölkə arasında müxtəlif istiqamətlərdə çoxsaylı layihələr həyata keçirilir.

F.Şahbazlı qeyd edib ki, iki ölkənin mediası arasında da əməkdaşlığın böyük perspektivləri var.

Görüşdə çıxış edən Fərid Şahbazlı Azərbaycanda keçiriləcək qlobal COP29 konfransının əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu konfrans dünya birliyinin iqlim dəyişikliklərinə qarşı mübarizədə yeni yol xəritəsini müəyyən edəcək. Azərbaycanın bu beynəlxalq tədbirə ciddi hazırlaşdığını bildirən Fərid Şahbazlı qeyd edib ki, Bakı COP29 günlərində münaqişə tərəflərini atəşkəsə dəvət edir.

Belarus Jurnalistlər Birliyinin sədri və "Veçerniy Minsk” Media Qrupunun baş direktoru Andrey Krivoşeyev qurumun fəaliyyəti haqqında geniş məlumat verib. O, qeyd edib ki, Azərbaycan və Belarus mediasının birgə əməkdaşlığına, ortaq media layihələrinin həyata keçirilməsinə ciddi ehtiyac var. Jurnalistlər İttifaqının sədri qeyd edib ki, dezinformasiyalara qarşı mübarizədə hər iki ölkənin jurnalistləri birgə səy göstərməlidir.

Görüşlərdə və müzakirələrdə "Tribunainfo.az” informasiya portalının baş redaktoru Əlişir Əhəd də iştirak edib.

Qeyd edək ki, "İslahatçı Gənclər” İctimai Birliyinin Belarusa səfəri QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib
19:11 04.11.2026
Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib
"Barselona"nın futbolçusu Rodri "Atletiko" ilə oyunu buraxacaq
18:58 04.11.2026
"Barselona"nın futbolçusu Rodri "Atletiko" ilə oyunu buraxacaq
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
18:49 04.11.2026
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
18:36 04.11.2026
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
18:24 04.11.2026
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
17:55 04.11.2026
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
17:37 04.11.2026
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
17:23 04.11.2026
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
17:14 04.11.2026
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
16:56 04.11.2026
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
16:47 04.11.2026
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
16:46 04.11.2026
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
16:42 04.11.2026
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
16:41 04.11.2026
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
16:40 04.11.2026
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
16:38 04.11.2026
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?