Belarus ordusunda qadınlar üçün hərbi təlimlər keçirildi - FOTO

Belarus ordusunda qadınlar üçün hərbi təlimlər keçirildi - FOTO
DÜNYA
11:42 28.09.2023
578
Ukrayna müharibəsində Rusiyaya böyük dəstək verən Belarus qadınları əsgərliyə həvəsləndirmək üçün "gözəllik kraliçaları”nın köməyi ilə diqqətçəkən addım atıb.

AZXEBER.COM xəbər verir ki, Ukrayna müharibəsində Rusiya prezidenti Vladimir Putinə böyük dəstək verən Belarus lideri Aleksandr Lukaşenko ölkədəki gənc qadınların orduya cəlb olunması istiqamətində işləri sürətləndirib.

Belarus gənc qadınları orduya çağıran təbliğat videosuna ölkənin gözəllik müsabiqəsinə namizədlərini də daxil edib. "Miss Belarus 2023” müsabiqəsinin gözəlləri ölkədəki qərargahda silaha sarılaraq hərbi geyimdə təlim keçiblər.

Yayımlanan videoda belarus qadınları ordu sıralarına dəvət edilib. Qərargahda könüllü qadınlara hərbi təlim keçildiyi bildirilib.

Müsabiqənin builki kraliçası Nadezda Tolstikova hərbi hazırlıqdan çox zövq aldığını bildirib. Belaruslu hərbçi Sergey Qrebenikov da bildirib ki, bu hərbi təlim sayəsində qadınlar ordunun gücünü öz gözləri ilə görə biliblər.

Ayşən

 

 

OXŞAR XƏBƏRLƏR