Belarus paytaxtında MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib

SİYASƏT
10:13 26.10.2013
1016

Oktyabrın 24-də Minskdə, “Prezident-otel”də Belarus Respublikasının xarici işlər naziri Vladimir Makeyin sədrliyi ilə MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası keçirilmişdir.

AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, tərəflər Birlik çərçivəsində qarşılıqlı fəaliyyətin müxtəlif cəhətlərini əhatə edən 14 məsələni nəzərdən keçirmişlər.İclasda 1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 70 illiyinin bayram edilməsinə hazırlığa həsr olunmuş məsələlərə, o cümlədən 2015-ci ilin MDB-də 1941-1945-ci illər Böyük Vətən Müharibəsi Veteranlarının İli elan edilməsi və həmin tarix ilə bağlı vahid yubiley mükafatları barədə məsələlərə dair qərarlar qəbul edilmişdir.Qurumun iştirakçısı olan dövlətlərin 2020-ci ilədək dövr ərzində turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi strategiyası XİNŞ-in humanitar sahədə bəyəndiyi daha bir əhəmiyyətli sənəd olmuşdur.Tərəflər 2014-cü ildə Almatı (Qazaxıstan Respublikası) və Oş (Qırğız Respublikası) şəhərlərinin Birliyin mədəni paytaxtları elan edilməsi məsələlərini də müzakirə etmiş, 2014-2015-ci illərdə MDB Beynəlxalq Gənclər Əməkdaşlığı çərçivəsində Birlikdə baza təşkilatları təsisatının inkişaf etdirilməsi, təhlükəsizliyin təmin edilməsi ilə bağlı tədbirlər planını bəyənmişlər.İclasda korrupsiyaya qarşı mübarizə üzrə Dövlətlərarası Şuranın yaradılması haqqında Saziş və MDB-nin fəxri fərmanları ilə mükafatlandırma barədə qərarların layihələri bəyənilmiş, XİNŞ–in növbəti iclasının tarixi müəyyən edilmişdir.Növbəti iclas gələn ilin aprel ayında Moskvada keçiriləcəkdir.

OXŞAR XƏBƏRLƏR