Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə gəlir

SİYASƏT
19:30 19.11.2013
1359
Belarus prezidenti Aleksandr Lukaşenko noyabrın 20-21-də Azərbaycanda rəsmi səfərdə olacaq.

APA-nın BELTA agentliyinə istinadən verdiyi məlumata görə, A. Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüş keçirəcək.

Danışıqların yekununda müxtəlif sahələrə aid ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulub.

A. Lukaşenko Bakıda Belarus səfirliyinin yeni binasının açılışına da qatılacaq.

OXŞAR XƏBƏRLƏR