Belarus prezidenti Bakıya səfər edəcək

SİYASƏT
10:51 11.06.2013
1403
Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri payıza planlaşdırılır.AZXEBER.COM-un Belta-ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyevlə görüşən Belarusun xarici işlər naziri Vladimir Makey bildirib. O, iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün bu səfərin yaxşı imkan yaratdığını deyib. Bakıya səfərinin ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasının 20 illik ildönümü ilə üst-üstə düşdüyünü bildirən Makey bu münasibətlə Belarus prezidenti Aleksandr Lukaşenkonun təbrik məktubunu və ən xoş arzularını da dövlət başçısına çatdırıb.

OXŞAR XƏBƏRLƏR