Belarus və Çinin növbəti hərbi təlimləri gələn ilə planlaşdırılıb

Belarus və Çinin növbəti hərbi təlimləri gələn ilə planlaşdırılıb
DÜNYA
19:47 17.08.2023
201
Belarus və Çinin növbəti birgə hərbi təlimləri gələn ilə planlaşdırılıb.

Bu barədə Belarus Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, haqqında sözügedən məsələ Çinin müdafiə naziri Li Şanfunun Belarusa üçgünlük səfəri çərçivəsində Prezident Aleksandr Lukaşenko ilə görüşü zamanı müzakirə edilib.

Qeyd edək ki, Belarusla Çin Xalq Respublikası arasında hərbi əməkdaşlıq hər iki ölkənin müdafiə nazirlikləri arasında 2010-cu ilin mayında bağlanmış saziş əsasında həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR