Belarus və Rusiya arasında hava əlaqəsi kəsildi

Belarus və Rusiya arasında hava əlaqəsi kəsildi
DÜNYA
15:19 26.03.2012
2067

Rusiya aviasiya administrasiyası milli aviadaşıma uçuşlarına icazəni geri götürərək Minsk ilə Moskva arasında hava əlaqəsini dayandırıb. Bu barədə Trend-ə bazar ertəsi BELTA-ya istinadən məlumat verir.

Səhər saat 07:00-da Minskdən uçmalı olan təyyarəni gecikdirmək lazım gəlib. Hazırda Belarus və Rusiya nümayəndələri yaranmış problemi həll etməyə çalışırlar.

Rusiya tərəfinin qərarına cavab olaraq, Belarus aviasiya administrasiyası bütün Rusiya şirkətlərinə mütəmadi reyslərin icrasına olan icazəni geri götürüb.

OXŞAR XƏBƏRLƏR