Belarusda Azərbaycan və türkiyəli səfir arasında görüş baş tutub

Belarusda Azərbaycan və türkiyəli səfir arasında görüş baş tutub
SİYASƏT
11:13 06.02.2024
150
Türkiyənin Belarusa yeni təyin etdiyi səfir Cem İşık Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyevlə görüşüb.

Məlumat Azərbaycanın Belarusdakı səfirliyinin rəsmi "X” səhifəsində dərc edilib.

Qeyd olunub ki, görüşdə səfirliklər arasında uğurla inkişaf edən münasibətlər, həmçinin iki ölkə arasındakı qardaşlıq və müttəfiqlik əlaqələri müzakirə olunub.
OXŞAR XƏBƏRLƏR