Belarusda IDEA-nın dizayn müsabiqəsində qalib seçilən sığırçın yuvaları qurulub – FOTOLAR

Belarusda IDEA-nın dizayn müsabiqəsində qalib seçilən sığırçın yuvaları qurulub – FOTOLAR
MƏDƏNİYYƏT
16:11 30.04.2013
3690

Belarusun Berezinsk qoruğunda IDEA-nın dizayn müsabiqəsində qalib seçilən sığırçın yuvaları qurulub.

AZXEBER.COM xəbər verir ki, yuvalar Belarusun məşhur rejissoru İqor Bışnevin təşəbbüsü və dəstəyi ilə qurulublar.

Bundan əvvəl sığırçın yuvaları Bişkek və Moskvada qurulub.Şəhərlərin ekoloji balansının bərpa olunmasında əhəmiyyətli rol oynayan sığırçın yuvalarının quraşdırılması hər il aprelin 1-də qeyd olunan Beynəlxalq Köçəri Quşlar Gününə həsr edilib.IDEA tərəfindən ötən ilin may ayında elan olunmuş ən yaxşı sığırçın yuvası müsabiqəsinin qalibi Qırğızıstandan olan 26 yaşlı dizayner Tatyana Biryuqina olub.Müasir dünyada baş verən antropogen proseslər nəticəsində planetimizdə yaranan qlobal ekoloji problemlərin sürətlə artması ekosistemlərin deqradasiyaya uğramasına, bitki və heyvanat növlərinin məhv olmasına səbəb olmaqdadır.Bioloji müxtəlifliyin belə sürətlə azalması təbiətin bütün komponentləri kimi quş növlərindən də yan keçmir.IDEA Beynəlxalq Ətraf Mühit Kampaniyası köçəri quşların mühafizəsində ictimaiyyətin rolunu artırmaq və insanların təbiətə xüsusi qayğıkeş münasibətini formalaşdırmaq məqsədi ilə 2012-ci ilin may ayında Beynəlxalq Köçəri Quşlar Günü münasibətilə ilə “Quşlar üçün sığınacaq dizaynı” adı altında müsabiqə elan etmişdir.Müsabiqəyə 100-dən artıq iş təqdim edilib.

OXŞAR XƏBƏRLƏR