Belarusun 13 min əsgəri hücum əmri gözləyir

Belarusun 13 min əsgəri hücum əmri gözləyir
DÜNYA
20:40 12.08.2022
359
Belarusun 13 minə qədər xüsusi təyinatlı qüvvələri və OMON-un keçmiş hərbçiləri Ukraynaya qarşı müharibədə iştirak etmək üçün saziş imzalayıb.

AZXEBER.COM axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov deyib.

O bildirib ki, Rusiya Belarusu hələ də müharibəyə cəlb etməyə davam edir:

"Belarus Silahlı Qüvvələrinin artıq 6 batalyonu Ukraynanın dövlət sərhədi boyunca yerləşdirilib".

Qromovun sözlərinə görə, müharibədə iştirak edən belaruslar üçün əsas motivasiya maddi mükafatdır. Çünki rusların hərəkətlərində heç bir ideoloji əsas yoxdur.

OXŞAR XƏBƏRLƏR