Belarus Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iyulda keçiriləcək sammitində onun tamhüquqlu üzvü olacaq.
Bu barədə ŞƏT-in baş katibi Çjan Ming bildirib.
Qeyd edək ki, ŞƏT 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Hazırda 9 ölkə - Rusiya, Çin, Hindistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Özbəkistan, İran və Tacikistan bu təşkilatın üzvüdür. Belarus, Əfqanıstan və Monqolustan isə təşkilatda müşahidəçi ölkə qismində iştirak edirlər.
///apa