Belçikanın ictimai yayım şirkəti VRT Avroviziyada yayımını dayandıraraq İsrailə etiraz edib.
AZXEBER.COM xəbər verir ki, Belçikanın Hollandiya ictimai yayımçısı VRT dünən axşam İsveçin Malmö şəhərində keçirilən Avroviziya Mahnı Müsabiqəsinin ikinci yarımfinalında İsrailə etiraz olaraq yayımını qısa müddətə dayandırıb.
Kanalda yayımlanan mesajda "Bu, birlik aksiyasıdır. İsrail Dövlətinin insan haqları pozuntularını pisləyirik. İsrail mətbuat azadlığını məhv edir. Ona görə də yayımı qısa müddətə dayandırırıq. #Dərhal atəşkəs #Dur soyqırım”, - deyə bildirilib.
Aksiyadan sonra yayım normal şəkildə davam edib.
Digər tərəfdən dünən israilli iştirakçı Eden Qolanın Avroviziyaya qatılması Malmödə minlərlə insan tərəfindən etiraz edilib.
Ayşən