Belçikada havanın temperaturunun bəzi bölgələrdə 38 dərəcəyə çatmasının gözlənilməsi səbəbindən bir sıra qatar reysləri ləğv edilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki,Belçikanın dəmir yolu şirkəti SNCB bildirib ki, bu gün səhər və axşam sərnişin sıxlığının yüksək olduğu saatlarda bəzi qatarların hərəkəti dayandırılıb.
Qərarın əsas səbəblərindən biri köhnə və kondisionersiz qatar vaqonlarında temperaturun təhlükəli həddə yüksəlməsi və sərnişinlərlə əməkdaşların təhlükəsizliyinin təmin edilməsinin çətinləşməsidir.
Mütəxəssislər bildirirlər ki, yüksək temperatur yalnız qatarların daxilində deyil, dəmir yolu infrastrukturunda da problemlər yarada bilər. 35 dərəcədən yuxarı temperaturda relslərin genişlənməsi və deformasiyaya uğraması, elektrik xətlərinin isə sallanması riski artır.
Ölkənin demək olar ki, bütün ərazisində anomal isti hava ilə əlaqədar "narıncı” xəbərdarlıq qüvvədədir. Sərnişinlərə mümkün qədər sıx saatlarda səyahətdən çəkinmək, səfərdən əvvəl qatarların hərəkət cədvəlini yoxlamaq və özləri ilə su götürmək tövsiyə olunub.
Gülay











































