Belçikada hərbi bazanın üzərində 15 PUA aşkarlanıb

Belçikada hərbi bazanın üzərində 15 PUA aşkarlanıb
DÜNYA
18:29 03.10.2025
220
Belçikanın Elzenborn hərbi bazası üzərində 15 pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.

Bu barədə VRT telekanalı məlumat verib.

Məlumata görə, daha sonra həmin PUA-lar Almaniyanın hava məkanına daxil olublar.

"Hazırda dronların mənşəyi və onların kim tərəfindən idarə olunduğu məlum deyil”, - telekanal bildirib.

Elzenborn bazası Belçika ordusunun təlim düşərgəsi kimi fəaliyyət göstərir və burada hərbçilərin atıcılıq hazırlığı, eləcə də PUA-ların sınaqları keçirilir.

Qeyd edək ki, daha əvvəl Almaniya üzərində PUA-ların aşkar edilməsi səbəbi ilə Münhen hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb.
 
\report
OXŞAR XƏBƏRLƏR