Belçikada planlaşdırılan hökumət büdcəsinin azaldılmasına qarşı keçirilən bir günlük tətil uçuşları və ictimai nəqliyyatı dayandırıb və bu, ictimai xidmətlərdə böyük fasilələrə səbəb olub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Belçikada xristian və sosialist həmkarlar ittifaqları tərəfindən çağırılan bir çox dövlət və özəl sektor işçisi federal hökumətin planlaşdırdığı "qənaət” tədbirlərinə, o cümlədən işsizlik və pensiya kimi sosial xərclərin azaldılmasına etiraz olaraq bir günlük tətilə çıxıb.
Genişmiqyaslı tətil səbəbindən ölkə daxilində müxtəlif xidmətlər əhəmiyyətli dərəcədə dayandırılıb.
Xüsusilə hava limanlarında təhlükəsizlik işçilərinin və baqajların daşınması işçilərinin tətili ölkədə hava nəqliyyatına mənfi təsir göstərib.
Belçikanın Brüssel və Şarlerua hava limanlarında bütün uçuşlar tətildə iştirak edən işçilər səbəbindən ləğv edilib.
Ölkənin iki ən böyük hava limanına yalnız gələn reyslər enə bildi.
Gülay