Belçikanın Baş naziri xəstəxanaya yerləşdirilib

Belçikanın Baş naziri xəstəxanaya yerləşdirilib
DÜNYA
19:50 04.06.2023
237
Belçikanın Baş naziri Aleksandr de Kroo oğlu ilə gəzərkən velosipeddən yıxılıb və huşunu itirib. O, xəstəxanaya yerləşdirilib.

Bu barədə AZXEBER.COM "Sky News”a istinadən xəbər verir.

Hadisə dünən 47 yaşlı Aleksandr de Kroo Flanders bölgəsindəki evinin yaxınlığında olarkən baş verib.

Artıq evdə olan Kroo bildirib: "Xoşbəxtlikdən dəbilqə taxmışdım və oğlum 911-ə zəng etdi. İdman sağlamlıq üçün faydalıdır. Amma bəzən bir az diqqətli olmaq lazımdır”.

Hadisənin Baş nazirin qarşıdakı həftə üçün iş qrafikinə təsir edəcəyi gözlənilmir.
OXŞAR XƏBƏRLƏR