Belçikanın müdafiə naziri Avropanı "TikTok"a qarşı tədbir görməyə çağırıb

Belçikanın müdafiə naziri Avropanı "TikTok"a qarşı tədbir görməyə çağırıb
DÜNYA
08:10 14.10.2026
184
Belçikanın müdafiə naziri Teo Franken Avropa ölkələrini "TikTok" sosial şəbəkəsinin yaratdığı təhdidlərə qarşı tədbirləri müzakirə etməyə çağırıb.

O, bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Varşava Təhlükəsizlik Forumunda "TikTok"un təhlükələri barədə xəbərdarlıq etdim. O, Çində elmi biliklər və faydalı məlumatlar yayır, lakin Aİ-də onun alqoritmləri avropalı gənclərə zəhərli məzmun təqdim edir və nifaq salır", - Franken bildirib.

Nazir vurğulayıb ki, Avropa təcili olaraq ABŞ təcrübəsindən nümunə götürərək, bu təhlükəyə qarşı tədbirləri müzakirə etməyə başlamalıdır.
 
///report///
OXŞAR XƏBƏRLƏR