Belçikanın yeni baş naziri o seçildi

DÜNYA
14:54 03.02.2025
133
Belçikada təxminən 8 ay davam edən danışıqlardan sonra hökumət qurulub və Yeni Flaman Alyansının (N-VA) lideri Bart De Vever ölkənin yeni baş naziri seçilib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 9 iyunda keçirilən seçkilərdə yeganə partiya olaraq təmsil olunan Flaman millətçisi N-VA-nın lideri De Vever 237 günlük koalisiya danışıqlarından sonra əldə edilən konsensus nəticəsində yeni baş nazir olub.

De Vever bu gün paytaxt Brüsseldə keçiriləcək qeyri-rəsmi Avropa İttifaqı (Aİ) sammitində də ölkəsini təmsil edəcək.
 
Koalisiyanın digər tərəfdaşları liberal Frankofoniya partiyası "MR", mərkəzçi Frankofoniya "Les Engages", sosialist Flamand "Vooruit" və xristian demokrat "CD&V" olub.

De Vever hökuməti qurulmazdan əvvəl ölkənin büdcə kəsiri səbəbiylə həyata keçirəcəyini açıqladığı qənaət siyasətlərinə görə dəfələrlə etirazlara məruz qalıb.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR