‘Belə bir oyunun son dəqiqələrində qol vurmağımız çox əla oldu’ - Qurban Qurbanov

İDMAN
10:10 02.08.2013
1704

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubuna qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb.

Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:

“Çox ağır oyun alındı. Lakin fikrimcə, belə bir oyunun son dəqiqələrində qol vurmağımız çox əla oldu. Çətin rəqibimiz var. Daha çox müdafiə olunurlar. Onlar demək olar ki, son dəqiqələrə qədər bizə heç bir boşluq vermədilər”.

OXŞAR XƏBƏRLƏR