Portuqaliyada keçirilən futbol qarşılaşmasında tərəflərdən birinin qapısından qeyir-adi qol keçib. Hadisə Portuqaliya 1-ci liqasıında mübarizə aparan “Benfika” ilə “Eştoril” arasında keçirilən qarşılaşmada meydana gəlib. Məlumata görə, “Benfika”nın oyunçusu Nikolas Qaytan böyük məharətlə künçdən zərbəni sol ayağının sol topuq hissəsi ilə qola çevirib. Futbol mütəxəssisləri bunun 1 milyonda baş verəcək ehtimal olduğunu iddia ediblər.