"Belə də ki, ayıq başla yaxşı oğlansan, Rəhim" - Faiq Ağayev

MAQAZİN
20:00 09.06.2014
1751

Müğənni Rəhim Rəhimli ATV telekanalında yayımlanan “10lar” verilişində xalq artisti Faiq Ağayevlə bağlı fikir bildirib.

AZXEBER.COM xəbər verir ki, o,Faiq Ağayevin ondan illər öncə səhnədə olduğunu deyib:“O, zamanında çox konsertlər verib, əməkdar və xalq artisti adlarını alıb. İndi o rəqabətə can atmır. Heç kimlə bəhsə girmir. Bu yaxınlarda özü də dedi ki, artıq mənim zamanım deyil. Mən də elə düşünürəm ki, artıq Faiq Ağayevin zamanı deyil”.Həmkarının bu sözlərinə biganə qalmayan xalq artisti Faiq Ağayev Facebook-dakı rəsmi profilində məsələyə münasibət bildirib. O, sosial şəbəkə vasitəsi ilə KİV nümayəndələrinə müraciət edib:““Yaxşı deyib atalar: “Avazin yaxşı gəlir, oxuduğun Quran olsa”.Rəhim istinad etdiyi fikirlərimi özgə dilindən eşidib, əlbət. “Zamanım deyil” dediyimdə “abırsızlar, bisavadlar, satqınlar, boğazlarını yırtanlar”ı nəzərdə tutmuşdum. Bəli, belələri arasında yerim olmayıb, yoxdu və inşallah heç vaxt olmayacaq.O ki qaldı sənətə, elə Rəhim özü dediyi kimi, bu günümə kimi müasir estradamızdakı kişi müğənniləri arasında maksimum nailiyyətlər qazanmışam bu məmləkətdə.Rəqabətə də can atmıram, o da düzdür. Çünki əldə etdiklərim baxımından fəaliyyətimlə müqayisə olunacaq və ya yaxınımda duran belə birisi yoxdur hələ ki.Xəyallarını gerçək kimi bu millətə yedizdirmək istəyində olanlara səmimi yazığım gəlir. Elə Rəhim özü də anlayır ki, onun mövqeyi Azərbaycan musiqisində həlledici deyil, fikrini də ciddiyə alan yoxdur xalq arasında. Yeni mahnının reklam üslubunu səhv seçmisən, Rəhim. Hədəfin – azsaylı dedi-qoduçuların müəmmalı “ləzzəti” deyil. 9 milyonluq tamaşaçı toplumunun səsləndirdiyin melodiya və sözlərə istəyi və rəğbəti olnalıdır.Belə də ki, ayıq başla yaxşı oğlansan, Rəhim. Savadlı musiqiçi və məzəli şoumensən. Uğurlar sənə, gənc dostum!”

OXŞAR XƏBƏRLƏR