Türkiyənin İzmir şəhərində 24 yaşlı Okan Okay sevgilisinə süpriz evlilik təklifi edib.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, gənc oğlan 5 ildir tanış olduğu sevgilisi Merve Kayabaşına sürpriz evlilik təklifi edib.
Havadan video və foto çəkə bilən özəl reklam şirkəti ilə razılaşan Okay Türkiyədə bir ilkə imza atıb. Hər şeydən xəbərsiz sevgilisi ilə görüşən Merve Kayabaşı gördüyü mənzərə qarşısında heyrətə gəlib.