"Belə getsə "Avroviziya" üçün Maltadan namizəd olacağam" - Murad Arifdən atmaca

MAQAZİN
11:52 24.12.2024
268
"Belə getsə "Avroviziya"ya namizədliyimi Maltadan, Kiprdən ya da San-Marinodan verəcəyəm. Baxarsız!" 
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri bəstəkar-müğənni Murad Arif deyib.
 
O, özünün bu yarışmaya ən uyğun namizəd hesab etdiyini açıqlayıb:
 
"Düşünrəm ki, mənim mahnılarım sırf elə "Avroviziya" üçündür. Amma ora getmək məndən asılı bir şey deyil. Mən şərhçi kimi biliklərimi kənara qoyuram, bunu musiqiçi kimi deyirəm. Əyləncəli mahnılarım var və yarışmaya da uyğundur. İstəsələr ciddi janrda da mahnı yaza bilərəm. Amma belə getsə "Avroviziya"ya namizədliyimi Maltadan, Kiprdən ya da San-Marinodan verəcəyəm. Baxarsız!" 
 
Aysel
 


OXŞAR XƏBƏRLƏR