Bələdiyyə sədri Şəmkirdəki 4 gün, 4 gecəlik toydan danışdı

Bələdiyyə sədri Şəmkirdəki 4 gün, 4 gecəlik toydan danışdı
SOSİAL
10:39 27.07.2017
4745

 

Şəmkir rayonunun məşhur Şiştəpə qəsəbəsində 4 gün, 4 gecə davam etmiş dəbdəbəli toy mərasimi günlərdir sosial şəbəkələrin və bəzi saytların müzakirə mövzusudur. Bu toyda qonaqları Türkiyənin məşhur müğənnisi Kibariyə də daxil olmaqla, bəzi tanınmışlar, o cümlədən, xalq artisti Brilliant Dadaşova, Rusiyanın məşhur "Kabriolet” qrupu və başqaları əyləndirib.

AZXEBER.COM virtualaz.org-a istinadən xəbər verir ki, toyun sahibi əvvəlcə naməlum idi, ancaq daha sonra açıqlandı ki, bu şəxs şiştəpəli iş adamı Qulu Vəliyevdir. Əməkdar artist Vəfa Zeynalova və müğənni-bəstəkar Murad Arifin aparıcılıq etdiyi toy zəngin iş adamının Şiştəpədə yerləşən malikanəsində baş tutub. Vəfa Zeynalova özünün "Instagram” səhifəsində toyun keçirildiyi malikanənin foto və videogörüntülərini də yayıb.

Şiştəpə kəndi Rusiyada bizneslə məşğul olan və qazandıqları pullara bu kənddə dəbdəbəli imarətlər tikdirən sakinlərinə görə hətta MDB-də məşhurdur. O cümlədən bu kəndin sakinlərinin adı vaxtaşırı olaraq Rusiyada azərbaycanlılar arasında baş vermiş atışmalarda, "razborkalarda” hallanır.

Bəs indi dillər əzbəri olan bu 4 gün, 4 gecəlik toyu edən Qulu Vəliyev kimdir, nə işlə məşğul olur? Bu toy barədə əlavə məlumatlar əldə etmək üçün Şiştəpə kəndinin bələdiyyə sədri Novruz Hüseynovla əlaqə saxladıq. Məlum oldu ki, bələdiyyə sədri özü də toyda iştirak edib, çünki toyun sahibi onun qohumudur.

Bələdiyyə sədri toyun mediada bu cür ajiotaja səbəb olmasından təəccübləndiyini gizlətmir: "Toydur da, burada nə var ki? Əlbəttə, mən özüm də iştirak etmişəm, dayıoğlumun toyudur. Qulu Vəliyev biznesmendir, Rusiyanın Sankt-Peterburq şəhərində meyvə-tərəvəz alveri edir”.

Bəs toyda məmurlar-filan, digər tanınmışlar da olubmu? Bələdiyyə sədri deyir ki, toyda heç bir yüksək vəzifəli qonaq olmayıb, çünki bu, Şiştəpə kəndi üçün "adi toy” sayılır.

"Adi toydur da, burada dövlət adamları nə gəzir? Qonaqların hamısı öz kəndçilərimiz idi. Dəbdəbə deyəndə, bu toyda dəbdəbəli heç nə olmayıb. Bizim kəndimizdə hamı belə toy edir. Yazıblar ki, Brilyant gəlib. Brilyant bəyəm birinci dəfədir ki, bizim kəndimizə toya gəlir? Əli boş durmayan uşaqlardır da, yazıblar. 3 gün qabaq da Gülyaz-Gülyanaq bacıları Şiştəpəyə toya gəlmişdi. Kəndimizdə azı həftədə iki dəfə bu cür toy olur”, - bələdiyyə sədri bildirdi.

Biz də toy sahiblərinə bələdiyyə sədri vasitəsilə gözaydınlığımızı çatdırdıq. Doğrudan da, varlığa nə darlıq?

Q. Vəliyev Rusiyada tanınan azərbaycanlı iş adamlarından biridir, məşhur "Sofiysk” topdansatış meyvə-tərəvəz bazasında fəaliyyət göstərir. Həmin topdansatış bazası azərbaycanlıların nəzarətindədir, adı tez-tez kriminal "razborka”larda hallanır…

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
01:17 05.03.2026
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır