Bələdiyyə sənədi ilə torpaq alanlara XƏBƏRDARLIQ

Bələdiyyə sənədi ilə torpaq alanlara XƏBƏRDARLIQ
SOSİAL
11:33 15.02.2026
1316
Son zamanlar notariuslar bələdiyyə sənədi ilə olan torpaqların kimlərəsə etibar edilməsini qeydiyyata almır. Halbuki əvvəlki illərdə bu cür əməliyyatları notarius həyata keçirirdi.

Digər bir məsələsə vaxtilə notarius üzərindən torpağı etibarnamə ilə alan vətəndaşların müraciətinə Dövlət Reyest Xidmətində baxılmamasıdır. Xidmət ancaq birinci şəxsin müraciətinə baxır. Etibarnamə almış şəxslərdənsə tələb olunur ki, adına sənəd olan şəxs müraciət etsin.

Bu da təbii ki, vətəndaşlar arasında anlaşılmazlıq və narazılıq yaradır.

AZXEBER.COM xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, problem hüquqları müəyyən edilməyən torpaqlarla bağlıdır:

"Bəzi vətəndaşlar bələdiyyə sənədi olan torpaqları etibarnamə ilə alırlar. Amma həmin şəxslər unudurlar ki, aldığı torpaq sahəsi satan şəxsin mülkiyyətinə aid deyil. Çünki bələdiyyə sənədi hələ mülkiyyət hüquqununun tanınması demək deyil.
Çox faktlar olur ki, bələdiyyələr müvafiq dövlət qurumları ilə razılaşdırma aparmadan torpağı kimlərəsə satır. Yaxud da bələdiyyə öz mülkiyyətində olmayan torpaqları da vətəndaşlara satır. Bu isə qanun pozuntusudur. Ona görə də bələdiyyə sənədi mülkiyyət hüququnu təsdiq edən sənəd deyil.

Son 10 ilə qədər vətəndaşlara bələdiyyə sənədləri ilə çox sayda torpaq satılıb.

Hətta satılan torpaqlarda evin tikintisinə də imkan yaradıblar. Əvvəllər bəzi notariuslar da bələdiyyənin verdiyi torpaq sahəsinin kiminsə ixtiyarına verilməsinə dair etibarnaməni tanıyırdı. Lakin Əmlak Məsələləri Dövlət Ximətinin tövsiyələrindən sonra notariuslar bələdiyyə sənədlərinə etibarnamə verməyi dayandırdı.

Eyni zamanda, vaxtilə bələdiyyə sənədini etibarnamə ilə alan şəxslər çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edərkən də problemlə üzləşirlər. Xidmət etibarnaməni qəbul etməməsinin də səbəbi odur ki, ancaq çıxarışı olan torpaqların alqı-satqısını Xidmət həyata keçirir. Bələdiyyə sərəncamına etibarnamə almış vətəndaşların sənədini də Xidmət qəbul etmir. Yalnız birinci şəxs Reystr Xidmətinə müraciət edə bilər
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nuran yeni layihəsini təqdim etdi
20:29 06.11.2026
Nuran yeni layihəsini təqdim etdi
Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib
20:21 06.11.2026
Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
20:12 06.11.2026
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
20:06 06.11.2026
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
20:00 06.11.2026
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
Rusiya son bir həftədə Ukraynanın 5300-dən çox dronunu vurub
19:52 06.11.2026
Rusiya son bir həftədə Ukraynanın 5300-dən çox dronunu vurub
"Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
19:36 06.11.2026
"Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
Britaniyanın “Sky” telekanalı təhlükəsizlik təhdidi aldığını açıqlayıb
19:12 06.11.2026
Britaniyanın “Sky” telekanalı təhlükəsizlik təhdidi aldığını açıqlayıb
Mask Ukraynanın "Starlink"ə qoşulmasını səhv hesab edir
18:59 06.11.2026
Mask Ukraynanın "Starlink"ə qoşulmasını səhv hesab edir
Belçika Kralı baş nazirin istefa xahişini rədd edib
18:49 06.11.2026
Belçika Kralı baş nazirin istefa xahişini rədd edib
Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb
18:36 06.11.2026
Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - Yenilənib
18:29 06.11.2026
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - Yenilənib
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
18:09 06.11.2026
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
"Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər"
18:07 06.11.2026
"Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər"
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
18:06 06.11.2026
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
"Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq"
18:05 06.11.2026
"Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq"