Paltar reklamı yoxsa əxlaqsızlığın reklamı? - Jurnalist Orxan Rasifoğlu yazır

Paltar reklamı yoxsa əxlaqsızlığın reklamı? - Jurnalist Orxan Rasifoğlu yazır
SOSİAL
18:02 06.11.2026
128
Son vaxtlar sosial şəbəkələrdə geyim mağazalarının reklamlarına baxarkən istər-istəməz bir sual yaranır: Biz həqiqətən paltar reklamına baxırıq, yoxsa reklam adı altında cəmiyyətə başqa mesajlar ötürülür?

Bəzi mağaza sahibləri məhsullarını tanıtmaq üçün özlərini "model" adlandıran şəxslərin xidmətindən istifadə edirlər. Lakin bu reklamların bir qismində geyimin özü arxa plana keçir, diqqət isə nümayiş etdirilən açıq-saçıq görüntülərə, süni seksual davranışlara və izləyicinin diqqətini cəlb etmək üçün seçilən qeyri-etik təqdimat üsullarına yönəlir.

Əslində, geyim reklamının məqsədi sadədir: məhsulu tanıtmaq, onun keyfiyyətini, görünüşünü və üstünlüklərini alıcıya təqdim etmək. Bəs nə vaxtdan paltarın reklamı üçün insan bədəninin nümayişi əsas vasitəyə çevrilib?

Burada söhbət heç kimin geyim seçiminə və şəxsi azadlığına müdaxilədən getmir. Məsələ reklam adı altında cəmiyyətə təqdim olunan görüntülərin xarakteri və xüsusilə azyaşlıların da izlədiyi sosial şəbəkələrdəki məzmunun məsuliyyətidir.

Təəssüf ki, bəzi sahibkarlar daha çox baxış və satış əldə etmək naminə reklamla qeyri-etik təqdimat arasındakı sərhədi unudurlar. Nəticədə reklam olunan geyim deyil, nümayiş etdirilən açıq-saçıq görüntülər müzakirə mövzusuna çevrilir.

Məsələnin hüquqi tərəfi də var. Milli Məclisin qəbul etdiyi qanun dəyişikliyi ilə İnzibati Xətalar Məcəlləsinə 510.2-ci maddə əlavə edilib. Həmin maddəyə əsasən, internetdə kütləvi nümayiş etdirilən, ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıq hörmətsizlik ifadə edən, o cümlədən əxlaqsız ifadələr, müvafiq jestlər və insan bədəninin hissələrinin əxlaq normalarına zidd formada nümayişi ilə bağlı hərəkətlərə görə 500 manatdan 1000 manatadək cərimə və ya müəyyən hallarda bir ayadək inzibati həbs nəzərdə tutulur.

Eyni pozuntu inzibati tənbeh qərarı qüvvəyə mindikdən sonra bir il ərzində təkrar törədilərsə, cərimə 1000 manatdan 2000 manatadək artır, yaxud bir aydan iki ayadək inzibati həbs tətbiq oluna bilər.

Deməli, reklam adı altında yayımlanan hər görüntü məsuliyyətdən kənarda qalmır. Lakin konkret paylaşımın bu maddəyə uyğun olub-olmaması hüquqi qaydada müəyyən edilməlidir.

Unutmayaq ki, paltar reklamının məqsədi geyimi tanıtmaqdır, açıq-saçıq görüntülərlə diqqət və qazanc əldə etmək yox!

Reklam satış vasitəsidir, cəmiyyətin mənəvi dəyərlərini kommersiya maraqlarına qurban vermək vasitəsi deyil!
 
Jurnalist Orxan Rasifoğlu 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - Yenilənib
18:29 06.11.2026
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - Yenilənib
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
18:09 06.11.2026
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
"Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər"
18:07 06.11.2026
"Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər"
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
18:06 06.11.2026
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
"Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq"
18:05 06.11.2026
"Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq"
Paltar reklamı yoxsa əxlaqsızlığın reklamı? - Jurnalist Orxan Rasifoğlu yazır
18:02 06.11.2026
Paltar reklamı yoxsa əxlaqsızlığın reklamı? - Jurnalist Orxan Rasifoğlu yazır
Ağstafada bir ailənin üç üzvü zəhərləndi
17:52 06.11.2026
Ağstafada bir ailənin üç üzvü zəhərləndi
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi - FOTOLAR
17:32 06.11.2026
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi - FOTOLAR
Əlövsət Polad vəfat etdi
17:18 06.11.2026
Əlövsət Polad vəfat etdi
Kamran Əsədovun 3 il həbsi tələb edildi
17:10 06.11.2026
Kamran Əsədovun 3 il həbsi tələb edildi
Azərbaycanın axtarışa verdiyi 2 nəfər Gürcüstanda tutularaq ekstradisiya edildi
16:57 06.11.2026
Azərbaycanın axtarışa verdiyi 2 nəfər Gürcüstanda tutularaq ekstradisiya edildi
Külək güclənəcək - XƏBƏRDARLIQ
16:47 06.11.2026
Külək güclənəcək - XƏBƏRDARLIQ
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTOLAR
16:33 06.11.2026
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTOLAR
Prezidentlə xanımı Zəngilanda sakinlərlə görüşdü- VİDEO
16:29 06.11.2026
Prezidentlə xanımı Zəngilanda sakinlərlə görüşdü- VİDEO
8 Noyabr – Zəfər Günü ilə əlaqədar Şəkidə “Qəhrəmanlar Bağı” layihəsi həyata keçirilib
16:26 06.11.2026
8 Noyabr – Zəfər Günü ilə əlaqədar Şəkidə “Qəhrəmanlar Bağı” layihəsi həyata keçirilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurdu - FOTOLAR
16:04 06.11.2026
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurdu - FOTOLAR