Bələdiyyələrin gəlir və xərclərinə belə nəzarət olunacaq

Bələdiyyələrin gəlir və xərclərinə belə nəzarət olunacaq
SOSİAL
15:14 19.10.2024
273
Bələdiyyə büdcəsinin gəlirləri və xərcləri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunacaq.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məsələ "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” və "Büdcə sistemi haqqında” qanunlara dəyişiklik edilməsi qanun layihələrində öz əksini tapıb.

Layihəyə əsasən, bələdiyyələr öz nizamnaməsində müəyyən edilmiş qaydada yerli büdcənin icrası haqqında yarımillik və illik hesabatı bələdiyyə iclasına təqdim edir. Yarımillik maliyyə hesabatları hesabat dövründən sonrakı ayın 15-dək, illik maliyyə hesabatları növbəti ilin yanvarın 30-dək təqdim edilməlidir.

Bələdiyyələr təqdim edilmiş maliyyə hesabatlarını bələdiyyə iclasının qərarı ilə 15 (on beş) gün müddətində təsdiq edirlər. Yerli əhalini tanış etmək məqsədilə bələdiyyələr illik hesabatı onlara elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və s. vasitələrlə çatdırırlar.

Bələdiyyə büdcəsinin gəlirləri və xərcləri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunur. Bələdiyyə büdcəsinin xərcləri həmin infotmasiya sistemi vasitəsilə həyata keçirilir və müvafiq ödənişlər ödəniş xidməti təchizatçıları vasitəsilə təmin edilir.

Həmçinin "Nağdsız hesablaşmalar haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir:

Dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə, habelə bələdiyyələrə (bu Qanunun 3.4.12-ci maddəsinin müddəaları nəzərə alınmaqla) ödənilən xidmət haqları və digər yığımlar;
Qanun layihəsi bələdiyyə büdcəsinin gəlir və xərclərinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunmasını təsbit edir. Qanun layihəsinə əsasən, bələdiyyə büdcəsinin xərcləri həmin informasiya sistemi vasitəsilə həyata keçiriləcəkdir. Bu zaman xərclər üzrə ödənişlərin icrasını ödəniş xidməti təchizatçıları (banklar, ödəniş təşkilatları və digər) təmin edəcəkdir.
"Nağdsız hesablaşmalar haqqında” qanunun 3.4.1-ci maddəsinə əsasən, vergilərin yığımı nağdsız qaydada həyata keçirilir. Bu müddəa bələdiyyə vergilərinə də şamil olunur. Adıçəkilən qanuna təklif olunan dəyişikliyə əsasən bələdiyyələrə ödənilən xidmət haqları və digər yığımlar üzrə hesablaşmaların da nağdsız qaydada həyata keçirilməsi təklif olunur.

Dəyişikliklər bələdiyyə büdcəsinin formalaşmasının və icrasının elektronlaşdırılmasına, elektron ödəniş üsullarından istifadə etməklə nağdsız qaydada həyata keçirilməsinə, bununla da şəffaflığın təmin olunmasına, yerli büdcənin icrasının və vəsaitlərdən istifadənin səmərəliliyinin artırılmasına xidmət edəcəkdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
22:04 04.11.2026
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
21:58 04.11.2026
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:48 04.11.2026
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
Yol vergisindən daxilolmalar azalacaq
21:39 04.11.2026
Yol vergisindən daxilolmalar azalacaq
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
21:31 04.11.2026
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
21:22 04.11.2026
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
21:13 04.11.2026
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb
21:10 04.11.2026
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb
Zelenski: Rusiyanın Zaporojye vilayətində məktəbə hücumunda ölənlərin sayı 40-a çatıb
21:04 04.11.2026
Zelenski: Rusiyanın Zaporojye vilayətində məktəbə hücumunda ölənlərin sayı 40-a çatıb
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
20:58 04.11.2026
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar
20:51 04.11.2026
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar
Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
20:39 04.11.2026
Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
20:31 04.11.2026
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
20:25 04.11.2026
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq
20:20 04.11.2026
Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq
“Partiyalara ayrılan vəsait artırılmalıdır” – Arzuxan Əlizadə
20:16 04.11.2026
“Partiyalara ayrılan vəsait artırılmalıdır” – Arzuxan Əlizadə