‘Belimdə dəmir var, ağrılarıma görə çəkirəm’ – Saxlanılan keçmiş məhkum – VİDEO – FOTO
SOSİAL
13:35 15.07.2016
1504
“Dedim birdəfəlik edim, 5-6 il çatsın”Abşeron Rayon Polis İdarəsi əməliyyatçıları daxil olan məlumat əsasında kirayə yaşadığı evdə kultisivasiya yolu ilə narkotik bitkilər əkib becərən şəxsi ifşa ediblər.Xırdalan şəhəri Quşçuluq massivində yaşayan Pərviz İsmayılovun çətənə kollarını iki mərtəbəli tikilinin birinci mərtəbəsindəki otaqda 80 ədəd dibçəkdə yetişdirdiyi məlum olub.42 yaşlı İsmayılov saxlanılıb. Dindirilmə zamanı Pərviz, narkotikə xəstəliyi ilə əlaqədar olaraq ehtiyacı olduğunu bildirib. Polis isə, onun bu səmimiliyinə inanmır.Pərviz İsmayılov - saxlanılan şəxs: “6-7 aydır bunlara başlamışam. Özümü üçün əkirəm. Mənim belimdə ağrılarım var, əməliyyat keçirtmişəm. Dəmir var belimdə. O ağrı verir mənə, ona görə. Mən “Hepatit C” xəstəsiyəm. Fikirləşdim ki, birdəfəlik olsun. Biri var 3 dənə əkəsən, 2 aydan sonra yenə 3 dənə əkəsən, 5 dənə əkəsən. Dedim birdəfəlik edim, 5-6 il çatsın. O da, nəysə”.Abşeron polisi onu da müəyyənləşdirib ki, saxlanılan şəxs, 6 ay öz həyat yoldaşı ilə birlikdə yaşadığı kirayə evdən çölə çıxmayıb. Bunun səbəbi artıq məlumdur.İndi azadlığını itirmək ehtimalı ilə üz-üzə qalan İsmayılov, əvvəllər də xuliqanlıq əməlləri ilə bağlı məhkumluq həyatı yaşayıb. (Region TV)