“Benfika”da ciddi itkilər – 6 futbolçu “Qarabağ”la oyunu buraxacaq

“Benfika”da ciddi itkilər – 6 futbolçu “Qarabağ”la oyunu buraxacaq
İDMAN
21:23 15.09.2025
238
"Benfika” "Qarabağ”la oyuna ciddi itkilərlə çıxacaq.

AZXEBER.COM xəbər verir ki, "O Jogo”nun məlumatına görə, Portuqaliya təmsilçisi Çempionlar Liqasının Liqa mərhələsinin ilk oyununda altı futbolçusunun xidmətindən yararlana bilməyəcək.

Müdafiəçi Aleksander Bax, yarımmüdafiəçilər Manu Silva və Nuno Feliş, vinger Bruma, həmçinin Dodi Lukebakio və Amar Dediç matçı buraxacaqlar. Qeyd edək ki, Lukebakio və Dediç qarşılaşmadan öncə son məşqə də qoşula bilməyiblər.

Xatırladaq ki, "Benfika” – "Qarabağ” oyunu sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da Lissabondakı "Da Luj” stadionunda keçiriləcək.
OXŞAR XƏBƏRLƏR