Portuqaliyanın "Benfika" klubunun baş məşqçisi Brunu Laji UEFA Çempionlar Liqasında "Qarabağ"a qarşı keçiriləcək oyun barədə fikirlərini bildirib.
AZXEBER.COM xəbər verir ki, portuqaliyalı mütəxəssis ölkə çempionatında "Santa Klara" ilə heç-heçə etdikləri (1:1) oyundan sonra fikirlərini mətbuatla bölüşüb.
"Artıq toparlanmalı və bütün diqqətimizi növbəti qarşılaşmaya yönəltməliyik. Sentyabrın 16-da doğma meydanda qələbə qazanmalıyıq. Azarkeşlərimizə müraciət edirəm: bizi dəstəkləməyə davam edin, Çempionlar Liqası matçında da burada olun, çünki turnirdə yaxşı mövsüm keçirməli və qalibiyyətlə başlamalıyıq", - deyə 49 yaşlı mütəxəssis qeyd edib.
Qeyd edək ki, "Benfika" - "Qarabağ" oyunu sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
///Oxu.Az