'Benfika'nın baş məşqçisi: 'Turun favoriti təbii ki bizik'

İDMAN
11:05 15.04.2013
1066

“Benfika”nın baş məşqçisi Xorxe XesusUEFA Avropa Liqasının yarımfinalında “Fənərbaxça” ilə matç öncəsi açıqlamalar verib.

Türkiyə mətbuatına açıqlamasında baş məşqçi türk klublarlarını çox yaxşı tanıdığını deyib: “Son iki mövsümə türk klubları ilə oynamaqla başlamışıq. Əvvəlcə “Qalatasaray”la hazırlıq matçında, daha sonra isə “Trabzonspor”la Avropa kubokunda qarşılaşmışıq. “Fənərbaxça” və “Qalatasaray” bu mövsüm çox yaxşı uğurlar əldə ediblər. Ancaq bu uğurlar milli komandada özünü göstərmir”.Rəqib haqqında isə təcrübəli mütəxəssis deyib: “Fənər”son zamanda çox yaxşı futbol sərgiləyir. Buna qarşı yenə də öz oyun tərzimizlə oynayacağıq. Sona qalan bütün 16 komandanın matçlarını izləmişik. Kuboku qazanmaq üçün səhv etməməliyik. Turun favoriti təbii ki bizik”.

OXŞAR XƏBƏRLƏR