"Real" (Madrid) klubunun hücumçusu Kərim Benzemanın komandadan ayrılacağı iddia olunur.
Qol.Az-ın "Sky Sport"a istinadən verdiyi məlumata görə, fransız futbolçu "Mançester Siti"nin maraq dairəsinə düşüb.
Komandasında Edin Ceko, Karlos Tevez və Mario Balotelli kimi hücumçuların olmasına baxmayaraq, baş məşqçi Roberto Mansini Benzemanın transferində israrlıdır. Mançester təmsilçisinin yaxın günlərdə 24 yaşlı futbolçunun transferi üçün "Real" rəhbərliyi ilə danışıqlara başlayacağı gözlənilir. "Atletiko"dan Radamel Falkaonun "Real"a gələcəyi təqdirdə Benzemanın Madriddən gedəcəyi istisna olunmur.
Qeyd edək ki, 2009-cu ildən "Real"ın şərəfini qoruyan Benzema keçirdiyi 102 oyunda 45 dəfə rəqib qapılarına yol tapıb.