Benzema: ''Mən Zidan kimi olmaq istəyirəm''

İDMAN
14:40 16.10.2012
1396

Fransa milli komandasının hücumçusu Kərim Benzema əfsanəvi futbolçu Zinəddin Zidan haqda xoş sözlər deyib.

AZXEBER.COM-un məlumatına görə, UEFA-nın rəsmi saytına danışan Benzema Zidan kimi olmaq istədiyini bildirib:

"Zidanla qarşılaşdığımda xəyalım gerçəkləşdi. Onunla tanışdım və söhbət etdim. Həmin anda çox xoşbəxt idim. Daimi olaraq Zidandan məsləhətlər istədim və ondan çox şey öyrəndim. Təbii ki, Zidandan fərqli bir karyeram ola bilər. Ancaq mən Zidan kimi olmaq istəyirəm".

Qeyd edək ki, Benzema eyni zamanda braziliyalı sabiq futbolçu Ronaldonu dünya tarixinin ən yaxşı oyunçusu adlandırıb.

OXŞAR XƏBƏRLƏR