“Bənzərsiz şirkətdə misilsiz karyeralar” adlı əmək yarmarkası keçirildi

GƏNCLİK
17:15 20.12.2011
2491
Fərqli otellər toplusu və dünyada qazandığı mükəmməl nüfuzu ilə dünya otel sənayesində lider olan Fairmont Baku “Bənzərsiz şirkətdə misilsiz karyeralar” adlı əmək yarmarkası təşkil edib. 500-dən çox potensial namizədlər Heydər Əliyev adına İdman və Konsert kompleksində keçirilən əmək yarmarkasında iştirak edib və Fairmont Bakı komandasına qoşulmaq məqsədilə öz istedad və bacarıqlarını sınaqdan keçirdiblər. Bu layihə üzrə Fairmont Baku 6 təhsil ocağı ilə əməkdaşlıq etmişdir: Azərbaycan Dillər Universiteti, “Qafqaz” Universiteti, “Odlar Yurdu” Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti. Qeyd edilən universitetlərin rəhbərlikləri tələbələrinin əmək yarmarkasındakı iştirakını təmin edərək tədbirin keçirilməsini dəstəkləmişdirlər.“Dünyanın ən misilsiz məkanlarında yüzillik yüksək səviyyəli xidmət ənənəsinə sadiq qalaraq, Fairmont Baku rəsmi açılış tarixindən öncə və sonra geniş miqyaslı təlimlər keçirəcəkdir. Biz istedad inkişafına maraq göstərərək, mükəmməl təlim proqramları təqdim edirik. Biz bu ənənəni Bakıda Təlim Akademiyasının yaradılması vasitəsi ilə davam keçirəcik. Nəticədə əməkdaşlarımız qonaqlara xidmət göstərilməsi sahəsində zəruri hazırlıq əldə edəcək və bizim əsas vəzifəmizi “Yaşanan anları qonaqların yaddaşına həkk etmək” həyata keçirmiş olacaqlar,” - Fairmont Baku otelinin Baş Direktoru Adrian Ellis bildirmişdir.Təlim Akademiyasının yaradılması Azərbaycanda fəaliyyət göstərən beş ulduzlu otellərdən irəli sürülən və ölkənin xidmət sahəsinin inkişafına yönələn ilk təşəbbüsdür. Fairmont Baku təxminən 350 nəfəri işlə təmin edəcək. Müvafiq istedad və bacarığa malik olan təcrübəsiz işçilər Akademiyada keçirilən təlimdə iştirak edəcəklər.Fairmont Baku oteli 2012-ci ilin yaz aylarında fəaliyyətə başlayacaq.

OXŞAR XƏBƏRLƏR