Benzinin qiyməti endirilsin! – Milli Məclisdə təklif

İQTİSADİYYAT
12:37 16.12.2014
1648
Azərbaycanda benzinin qiymətinin aşağı salınması təklif olunub.
APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov çıxış edərək dünya bazarında neftin qiymətinin kəskin düşməsinə diqqət çəkib və Azərbaycanda benzinin qiymətinin aşağı salınmasının vacib, təxirəsalınmaz olduğunu deyib.
O qeyd edib ki, bu gün neftin qiyməti 60 dollara yaxınlaşır, bununla bağlı qonşu Gürcüstanda, Rusiyada, hətta Türkiyədə benzinin qiymətində ciddi enmələr baş verir: “Azərbaycan Aİ-95 markalı premium benzini xaricdən idxal edir. Hesab edirəm ki, İqtisadi İnkişaf Nazirliyi və Tarif Şurası benzinin qiyməti məsələsinə baxmalıdır”.

OXŞAR XƏBƏRLƏR