"Benzinin qiymətinin qalxması avtomobil qiymətlərinə ciddi təsir etməyib"

"Benzinin qiymətinin qalxması avtomobil qiymətlərinə ciddi təsir etməyib"
TOP4
13:53 05.02.2021
1021
"Azərbaycanda Aİ-92 benzinin və dizel yanacağının qalxması avtomobil qiymətlərinə ciddi təsir etməyib".

Bunu AZXEBER.COM-a açıqlamasında "Əmlak” Ekspert Mərkəzinin direktoru, ekspert Ramil Osmanlı deyib.

Ramil Osmanlı yalnız dizel yanacağı ilə çalışan bəzi avtomobillərin qiymətində nisbi ucuzlaşmanın olduğunu bildirib:

"İndiki zaman avtomobil bazarı o qədər də aktiv dövr hesab olunmur. Avtomobil bazarında qiymətlərin və ümumi dinamikanın dəyişikliyi mart ayının əvvəlindən müşahidə olunacaq. Həmin dövrə kimi gözləmək lazımdır. Hələ ki, ciddi qiymət dəyişiklkiyi yoxdur. Amma dizel yanacağı ilə çalışan bəzi avtomobillərin qiymətində nisbi ucuzlaşma var”.
 


Ekspert fevralın sonunda avtomobil ehtiyat hissələrinin qiymət artımları ilə bağlı dəqiq rəqəmlərin açıqlanacağını qeyd edib:

"Yanacaq tariflərinin dəyişməsi əksər istehlak məhsullarının qiymətində öz təsirini göstərib. Artıq qiymətlərdə artımlar müşahidə olunmaqdadır. Artımlar gündəlik tələbat məhsullarında özünü biruzə verir. O cümlədən daha çox istehlak olunan və gündəlik satılan kiçik mühərrik, ötürücü qutu kimi digər avtomobil ehtiyat hisslərinin də qiymətlərində nisbi dəyişikliklər var. Bu məsələ ilə bağlı dəqiq təhlili fevralın sonuna doğru müəyyən etmək mümkün olacaq. Çünki tariflər yeni artırılıb. Araşdırmalar gedir. Monitorinqlərin nəticəsindən sonra dəqiq rəqəmlər söyləmək mümkün olacaq”.

Ramil Osmanlı onu da əlavə edib ki, su tariflərinin qalxması moykalarda maşınların yuyulması və ya təmizlənməsi ilə bağlı ciddi dəyişikliklərə səbəb olmayıb: "Burada diqqət olunan əsas məqam tariflərin daha çox vətəndaşlar üçün məişətdə istifadə olunan su tarifləri bağlı olmasıdır. Əgər qeyri-yaşayış təyinatlı obyektlərə verilən suyun tarifləri dəyişərsə, o zaman qiymət artımı ola bilər. İndiki halda isə bu hal baş verməyib”.

Qeyd edək ki, 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.

Sevinc Yasinqızı
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tanınmış tiktoker həbs edildi
16:22 30.07.2026
Tanınmış tiktoker həbs edildi
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
16:06 30.07.2026
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
16:02 30.07.2026
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
15:59 30.07.2026
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
15:44 30.07.2026
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
15:35 30.07.2026
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
15:07 30.07.2026
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
15:04 30.07.2026
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
14:49 30.07.2026
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
14:34 30.07.2026
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
14:28 30.07.2026
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
Əməkdar artistlə bağlı üzücü xəbər
14:12 30.07.2026
Əməkdar artistlə bağlı üzücü xəbər
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
14:09 30.07.2026
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
13:59 30.07.2026
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
13:56 30.07.2026
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
13:41 30.07.2026
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı